Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Monteneqro Futbol İttifaqı Azərbaycanın notasına cavab verdi

12 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Monteneqro Futbol İttifaqı (FSCG) qapıçı Andriya Draqoyeviçin sosial şəbəkələrdə təxribatçı paylaşımı ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin sərfirlik vasitəsi ilə ünvanladığı notaya cavab verib.

Press.az FSCG-nin rəsmi saytına istinadən xəbər verir ki, açıqlamada Draqoyeviçin Ermənistanın "Alaşkert" klubunun qapıçısı olduğu və hazırda yığma üzvü sayılmadığı vurğulanıb.

Qeyd olunub ki, onun "İnstaqram"dakı paylaşımı millinin və assosiasiyanın Dağlıq Qarabağ regionundakı hazırkı vəziyyətlə bağlı mövqeyini əks etdirmir: "FSCG siyasi təşkilat deyil, öz fəaliyyəti ilə bizi hansısa məsələdə ayıran yox, ümumi dəyərləri irəli aparmağa çalışır. Bu anlamda qurumumuz ümid edir ki, Dağlıq Qarabağ münaqişəsinə mümkün qədər tez son qoyulacaq və regionda yenidən sülh bərqarar olacaq".

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI