logo
First slide

İlham Əliyev: “Ordumuz hər gün hansısa bir şəhər və ya kəndi işğaldan azad edir”

12 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Ermənistan döyüş meydanında uduzurlar. Müzəffər Azərbaycan Ordusu hər gün yeni hərbi uğurlara imza atır”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “Haber Global” televiziyasına müsahibəsində bildirib.

İ.Əliyev bildirib ki, ordumuz hər gün, demək olar ki, hansısa bir şəhər və ya kənd işğaldan azad edir:

“Yaxud həmin kəndlər nəzarət altına alınır. Mən deyə bilərəm ki, bu gün bir neçə yaşayış məntəqəsi bizim tam nəzarətimiz altındadır. Sadəcə olaraq o yaşayış məntəqələrinə biz hələ girməmişik. Çünki hərbi nöqteyi-nəzərdən buna ehtiyac yoxdur. Ancaq müəyyən müddətdən sonra biz növbəti elanlar edəcəyik”.

“Bütün cəbhə boyu istiqamətlərdə Ermənistan məğlubiyyətə uğrayır və belə olan halda öz heyfini, məğlubiyyətini mülki əhalidən çıxarmaq istəyir. Bu, onların xislətidir. Xocalı Soyqırımı törədənlər Gəncəyə hücum edib.

Gəncəyə hücumun səbəbi Ermənistanın hərbi-siyasi rəhbəridir. Bizdə olan məlumata görə, bu qərar şəxsən Nikol Paşinyan tərəfindən verilib”, - deyə İ.Əliyev bildirib.

Oxşar xəbərlər
OTACI
OTACI