Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Space" TV-də yayımlanan və sosial şəbəkələrdə tənqid edilən görüntü ilə bağlı - FOTO - AÇIQLAMA

12 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ötən gün sosial şəbəkələrdə "Space" TV-də yayımlandığı bildirilərək paylaşılan görüntü insanlar arasında xoş qarşılanmayıb.

"Gəncənin düşmən tərəfindən vurulduğu bir vaxtda "Space" TV toy-bayram edir" başlığı ilə paylaşılan şəkilə rejissor Nicat Manafov Press.az-a açıqlama verib.

N. Manafov bildirib ki, həmin görüntülər Gəncənin vurulduğu gündən əvvəl, axşam saatlarında teleserialın daxilində çox qısa görüntü kimi yayımlanıb:

"Ötən gün sosial şəbəkələrdə "Space TV" -nin səhər yayımında rəqs görüntüsü başlığı ilə şəkil paylaşılıb. Nəzərə çatdırmaq istəyirik ki, şəkildə olan görüntü axşam saatlarında efirdə olan "Nəfs" teleserialından bir kadrdır və səhər saatlarında yayımlanmayıb. "Space TV" -nin rəhbərliyi və yaradıcı heyəti ölkədə baş verənlərin işıqlandırılması və bu gün də Gəncədə erməni ordusunun törətdiyi vəhşiliyi çatdırmaq üçün çalışır. Bu paylaşım telekanala böhtandır və həqiqəti əks etdirmir" - deyə rejissor Nicat Manafov bildirib.

 

Oxşar xəbərlər
OTACI