Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Millimiz Kiprlə oyuna qara sarğı ilə çıxacaq

11 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan milli komandası UEFA Millətlər Liqasında Kipr millisinə qarşı keçirəcəyi IV tur oyununa qara sarğı ilə çıxacaq.

Press.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu addım Ermənistan silahlı qüvvələri tərəfindən respublikamızın müxtəlif şəhərlərinin və digər yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində dünyasını dəyişmiş mülki şəxslərin, dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq atılacaq.

Qeyd edək ki, Azərbaycan - Kipr matçı oktyabrın 13-də Albaniyanın Elbasan şəhər stadionunda təşkil olunacaq.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI