Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Nazirlikdən Mingəçevirlə bağlı açıqlama

11 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistan Silahlı Qüvvələrinin humanitar atəşkəs razılaşmasına məhəl qoymayaraq Mingəçevirdə elektrik stansiyalarını hədəfə alan hücümları regionda enerji və ekoloji təhlükəsizliyə qarşı yönəlmiş növbəti cinayət hadisədir.

Energetika Nazirliyindən Press.az-a verilən məlumata görə, raketlərin Ordumuzun hərbi hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilməsi ilə baş verə biləcək regonal fəlakətin qarşısı alınmış oldu. Mingəçevirdə yerləşən Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası “Azərbaycan” İES və Mingəçevir SES hazırda norrmal rejimdə fəaliyyətini davam etdirir.

Qeyd edək ki, Energetika naziri Pərviz Şahbazovun Azərbaycanın neft və elektriik enerjisi infrastrukturunun hədəfə alınması barədə məlumatları və Ermənistanın təxribatlarının qınanılmasına çağırışı əks etdirən müraciəti Beynəlxalq Enerji Xartiyası Katibliyinin rəsmi səhifəsində yayılıb. Müraciət OPEC Baş Katibliyi tərəfindən də “OPEC plus” ölkələrinə göndərilib.

Oxşar xəbərlər
OTACI