Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sulşerin əvəzinə Poçettino?

11 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Mançester Yunayted” baş məşqçisi Ole-Qunnar Sulşeri istefaya göndərə bilər.

Press.az Britaniya mətbuatına istinadən xəbər verir ki, İngiltərə klubunun rəhbərliyi 47 yaşlı mütəxəssisin fəaliyyətindən narazıdır.

Komanda 3 turdan sora Premyer Liqada 3 xalla 16-cı yerdə qərarlaşıb. Buna görə də vəziyyət dəyişməyəcəyi təqdirdə “Mançester Yunayted” norveçli çalışdırıcını göndərməkdən çəkinməyəcək.

Bildirilir ki, klub rəhbərliyi baş məşqçi vəzifəsinə əsas namizəd kimi Maurisio Poçettinonu hesab edir.

Qeyd edək ki, O.Q.Sulşer 2018-ci ildən “qırmızı şeytanlar”ı çalışdırır.

Xatırladaq ki, M.Poçettinonun son iş yeri "Tottenhem" olub. O, London klubundan ötən il ayrılıb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI