Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Əmirbəyov: Ermənistana sanksiyalar tətbiq edilməlidir

11 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu humanitar atəşkəsin ömrü ondan asılıdır ki, hansı dərəcədə erməni tərəfi öz öhdəliklərinə sadiqdir. Əgər onlar öhdəlikləri bundan sonra da pozmağa davam etsələr, Azərbaycan beynəlxalq hüququ çərçivəsində hərəkət edəcək.

Press.az xəbər verir ki, bunu Azərbaycan Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov söyləyib.

“Biz yalnız müharibə yolunu nəzərdən keçirmirik. Əgər bütün beynəlxalq ictimaiyyət deyir ki, sülhə də şans verək, biz bu şansı vermişik. Sadəcə, Prezidentin deyiyi kimi, bu, Ermənistanın sonuncu şansıdır. Ancaq görünən odur ki, onlar bu şansdan bəhrələnmək fikrində deyillər. Biz həmsədr ölkələrdən reaksiya gözləyirik. Bu yalnız pislənməməlidir, Ermənistana qarşı müəyyən sanksiyalar tətbiq olunmalıdır ki, onlar öz çirkli əməllərindən vaz keçsinlər”, - o vurğulayıb.

Oxşar xəbərlər
OTACI