Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ermənilər məlumat yayır, bunu paylaşmayın - Diqqət

11 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Diqqət! Ermənistanın və Dağlıq Qarabağdakı cinayətkar hərbi xunta rejiminin kuklalarının sosial şəbəkə hesabları xüsusilə son üç gündə Azərbaycan seqmentində davamlı reklam olunur.

Press.az xəbər verir ki, bunu Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri Elməddin Behbud qeyd edib.

“Ödənişli paylaşımlar edirlər. Bəzi yoldaşlar bilməyərəkdən orada yayımlanan dezinformasiyaları paylaşıb cavab verirlər. Şərhlər yazırlar. Bunu qətiyyən etməyin! Belə fəaliyyət Feysbuk alqoritminə uyğun olduğu üçün murdarların həmin səhifələri daha çox izləyiciyə görünür, feyk xəbərləri daha çox tirajlanır. Üfunətin iyi daha çox yayılır.

Bütün diqqəti sosial mediada məlum həştəqlərlə düşmənin mülki vətəndaşlarımıza və infrastruktura etdiyi hücumların beynəlxalq ictimaiyyətə çatdırılmasına yönəltməliyik”, - E.Behbud bildirib.

Oxşar xəbərlər
OTACI