Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Gəncə şəhər stadionu da erməni terrorundan zərər görüb - Şəkillər

11 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Kəpəz”in ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionu da Ermənistan ordusunun şəhəri raket atəşinə tutması nəticəsində zərər görüb.

Press.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Gecə saatlarında Gəncədə dinc əhalini xaincəsinə hədəfə alan düşmənin artilleriya zərbəsi nəticəsində bir çox obyektlər kimi, yaxın ətrafda olan arenaya da zərər dəyib. Məlum hadisədən sonra stadionun inzibati binasında qapı və pəncərələrin çərçivələri yerindən çıxıb, şüşələr qırılıb.

Bildirilir ki, gecə stadionda mühafizə xidmətinin əməkdaşları və pansionatda qalan gəlmə futbolçular olub. Xoşbəxtlikdən, xəsarət alan olmayıb.

Stadiondakı vəziyyətlə bağlı müvafiq qurumlara məlumat verilib.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI