Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Le Monde" Gəncədəki erməni terrorundan yazır

11 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Fransanın "Le Monde" nəşri ermənilərin Gəncə şəhərini raket zərbələri ilə atəşə tutması barədə məqalə dərc edib.

Press.az xəbər verir ki, məqalədə Azərbaycan rəsmi qurumunlarına istinadla qeyd olunur ki, Dağlıq Qarabağda elan edilmiş humanitar atəşkəsə baxmayaraq, bazar günü, oktyabrin 10-dan 11-nə keçən gecə erməni hərbi birləşmələri Gəncə şəhərini atəşə tutub və nəticədə 7 nəfər həlak olub.

Le Monde Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Tvitter hesabında paylaşdığı “Erməni hərbi birləşmələri Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə şəhərini yenidən raket zərbələrinə məruz qoyub və nəticədə 7 nəfər ölüb, 33 nəfər isə yaralanıb ” - deyə paylaşdığı statusa istinad edib.

Bundan başqa, Dağlıq Qarabağdakı separatçı rejimin “Müdafiə Nazirliyi”nin Gəncəni atəşə tutduqlarını inkar etdiyini qeyd edib. Bildirib ki, humanitar atəşkəs rejiminə çox qısa müddət ərzində riayət edilib.

Oxşar xəbərlər
OTACI