Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Moskva danışıqlarında elan edilməyən qərar – Arkov açıqladı

10 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Moskvada Cənubi Qafqazın münaqişədə olan iki dövlətinin XİN başçılarının rusiyalı həmkarları Sergey Lavrovun vasitəçiliyi ilə apardıqları danışıqların yekunu olaraq bəyan edilən atəşkəs çox çəkməyəcək.

Bu barədə Axar.az-a rusiyalı politoloq, PolitRUS ekspert-analitik şəbəkəsinin təsisçisi və rəhbəri Vitali Arkov bildirib.

Onun sözlərinə görə, sülh danışıqlarının bərpası üçün İrəvanın üzərinə əvvəllər götürdüyü öhdəlikləri yerinə yetirməsi lazımdır: işğal altındakı Azərbaycan rayonlarını azad etməklə yanaşı, Dağlıq Qarabağın özündən də hərbiçiləri, həmçinin hərbi texnikanı çıxarmaq.

“Azərbaycan Prezidenti İlham Əliyev bu məsələ ilə bağlı çox aydın deyib: Atəşkəs rejiminin davamlılığına nail olmaq üçün əsas amil ondan ibarətdir ki, Ermənistan işğal altında olan ərazilərin Azərbaycana məxsus olmasını qəbul edəcək ", - deyə həmsöhbətimiz qeyd edib.

Moskva danışıqlarından danışan Arkov deyib ki, görüşün qapalı hissəsində Ermənistanın Azərbaycana məxsus rayonlardan çıxması barədə qərar qəbul edilib.

Oxşar xəbərlər
OTACI