logo
First slide

Azərbaycan Ordusu dünyaya göstərdi ki... - TRT Haber

10 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyənin nüfuzlu TRT Haber telekanalı Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti və son təxribatları nəticəsində gərginləşmiş hərbi vəziyyətə dair növbəti xüsusi proqram yayımlayıb.

Görkəmli aparıcı Cengizhan Cavahiroğlunun mövzuya dair suallarını Azərtacı-ın Türkiyə bürosunun rəhbəri Sabir Şahtaxtı ilə müdafiə və təhlükəsizlik məsələləri üzrə türkiyəli araşdırmaçı Yusuf Alabarda cavablandırıblar. Proqram çərçivəsində digər ekspertlərin, o cümlədən tanınmış publisistlərin fikir və mülahizələri dinlənilib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin təkcə Ermənistanın 30 ilə yaxındır həyata keçirdiyi işğalçılıq siyasətinə qarşı deyil, həmçinin təxminən iki yüz ildən yuxarı zaman kəsiyində mövcud olan saxta “erməni məsələsi”nin ortaya çıxardığı ağır hərbi-siyasi fəsadlarla mübarizə apardığını diqqətə çatdıran Sabir Şahtaxtı ağır cinayətlər əsasından qurulan Ermənistan dövlətinin yaranandan bəri terror və xəyanət üzərində fəaliyyət göstərdiyini vurğulayaraq əsaslandırıb ki, düşmən tərəf atəşkəs qaydalarına əməl etməyəcək. Ermənistanın terror, hiyləgərlik və riyakarlıqla təxminən altı il ərzində həyata keçirdiyi işğalçılıq siyasəti ilə zəbt olunmuş Azərbaycan torpağının beşdən birinin müəyyən hissəsini Azərbaycan Ordusu 13 gün ərzində azad edib. Bu, müzəffər Azərbaycan Ordusunun hansı gücə malik olduğunu bütün dünyaya göstərən danılmaz faktdır. Bölgədə siyasi-diplomatik və hərb meydanındakı üstünlüklər Azərbaycana məxsusdur.

Araşdırmaçı Yusuf Alabarda və digər ekspertlər Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusuna vurduğu sarsıdıcı zərbələrin təcavüzkar dövlətin sosial-iqtisadi və hərbi duruma gətirdiyi ağır fəsadlardan, region dövlətlərinin və beynəlxalq təşkilatların problemə münasibətlərindən danışıblar. Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin bölgəyə gətirdiyi sağlam ab-hava yüksək dəyərləndirilib.

Sabir Şahtaxtı proqramda səslənən fikir və mülahizələrə uyğun olaraq diqqətə çatdırıb ki, cəbhə bölgəsində son qarşıdurma əsasında düşmən əlində əsirimiz və yaxud Azərbaycan hərbçisinin cəsədi yoxdur. Çünki son təxribatlardan sonra əsaslı tədbirlər görən Azərbaycan Ordusu azad etdiyi torpaqlardan bir qarış da olsa geri çəkilməyib. Ermənistan fitnə işlədərək vaxt qazanıb terrorçuları ağır texnika və aviasiya əleyhinə silahlarla yaraqlandırıb işğal altındakı meşə və dağlıq bölgələrdə yerləşdirmək istəyir.

Oxşar xəbərlər
OTACI
OTACI