Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Millimiz Monteneqroya uduzdu - Yenilənib

10 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti matçını keçirib.

Press.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda 3-cü turda qrup lideri Monteneqronun qonağı olub və 0:2 hesabı ilə uduzub.

Monteneqro yığması ilk turda  Kipr (2:0), ikinci turda isə Lüksemburq (1:0) üzərində qələbə qazanmışdı.
 
Turnirin  birinci oyununda Bakıda Lüksemburqa 1:2 hesabı ilə uduzan Azərbaycan millisi isə ikinci turda Nikosiyada Kipri 1:0 hesabı ilə məğlub etmişdi.

Qeyd edək ki, yığmanın əsas üzvlərindən hesab edilən Mahir Emreli zədə səbəbindən oyunu buraxıb.

Əlavə edək ki, qrupun digər matçında Lüksemburq Kiprə 2:0 hesabı ilə qalib gəlir.

10 oktyabr

UEFA Millətlər Liqası

C liqası, 3-cü tur

1-ci qrup

17:00. Monteneqro – Azərbaycan 2:0

Qollar: Yovetiç, 9 (1:0), İvanoviç, 71

Hakimlər: Rikardo de Burqos Benqoeçea, Roberto del Palomar, Pau Sebrian Devis, Xavyer Estrada Fernandes (hamısı İspaniya)

Podqoritsa. Şəhər stadionu.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI