Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

COVID-19 peyvəndindən sonra maskalardan imtina müddəti açıqlandı

10 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Preparatın ikinci komponenti tətbiq edildikdən və anticisim səviyyəsi təyin olunduqdan üç həftə sonra maska taxmaqdan imtina etmək olar.

“RİA Novosti”nin məlumatına görə, bu barədə Rusiyada Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzinin direktoru Aleksandr Qinsburq bildirib.

Onun sözlərinə görə, vaksinasiyadan sonra şəxs ən azı 21 gün gözləməlidir və plasebo qrupunda deyil, təcrübə qrupunda olduğundan əmin olmalıdır.

“Tövsiyə edərdim ki, protektiv anticisimlərin səviyyəsini təyin edəsiniz və ancaq bundan sonra maska taxıb-taxmamağa özünüz qərar verəsiniz. Səviyyə yüksəkdirsə, geyinməmək olar, ancaq kifayət qədər deyilsə, yaxşısı budur maska taxılsın”, - deyə o, xəbərdarlıq edib.

Oxşar xəbərlər
OTACI