Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Avropada koronavirusa gündəlik yoluxma halları ilk dəfə 100 mini keçib

10 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, Avropada koronavirusa gündəlik yoluxma hallarının sayı ilk dəfə olaraq 100 mini ötüb.

Press.az AZƏRTAC-a istinadən bildirir ki, oktyabrın 8-də bu göstərici təxminən 99 min nəfərə bərabər idisə, oktyabrın 9-da günün yekun nəticələrində gündəlik göstərici artıq 109749-a çatıb.

Avqust ayından başlayaraq Avropa ölkələrində yoluxma halları tədricən artmaqdadır. Şimali və Cənubi Amerikada isə ötən gün yoluxma halları nisbətən azalaraq 127 minə düşüb.

ÜST-ün eksperti Mayk Rayan isə açıqlamasında bildirib ki, pandemiya ilə əlaqədar sərt karantin rejimindən çəkinmək lazımdır, baxmayaraq ki, bəzən rəsmi qurumların bunu etməkdən başqa çıxış yolları qalmır. Bu addım anlaşılan olsa da, ictimaiyyət, əhali qrupları və infrastruktur üçün ağır nəticələrə aparıb çıxara bilən sərt tədbirlərdən qaçmaq lazımdır. O, eyni zamanda Avropada yoluxma hallarının artmasının təəssüf doğurduğunu qeyd edərək, hökumətləri virusun yayılmasına qarşı qətiyyətli mübarizəyə çağırıb. Bildirilib ki, pandemiyaya qarşı yeni cavablar yoxdur, hamı nə etmək lazım olduğunu yaxşı bilir və Avropa ölkələri kütləvi tədbirlərin keçirilməsində ehtiyatlı olmalıdır.

Oxşar xəbərlər
OTACI