Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Döyüş libasınızı çıxarmağa tələsməyin – Şərh

10 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistan bundan öncə də atəşkəs vaxtı və yaxud atəşkəsə az qalmış son əraziləri götürüb, fiksasiya edib, atəşkəsə elə daxil olmağa çalışıb. Xüsusilə Hadrut və Ağdərə ətrafı kəndlərdən və Murovdağ istiqamətində ehtiyatlı olmaq lazımdır.

Bu sözləri Axar.az-a politoloq Turab Rzayev Moskvada Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərlərinin görüşünün nəticəsini şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, ruhdan düşməyə, ümidsizliyə qapılmağa ehtiyac yoxdur:

“Düşünürəm ki, bu atəşkəs uzun sürməyəcək. Çünki biz düşmənimizi çox yaxşı tanıyırıq. Ermənilər mütləq atəşkəsə qədər ərazi tutmağa çalışacaq, təmas xəttinə silah, texnika yığacaqlar. Bir az özlərinə gələn kimi ağlamaqları, yalvarmaqları yaddan çıxacaq, masada özlərini güzəştsiz aparacaqlar.

ATƏT Minsk Qrupuna gəldikdə isə düşünürəm yenə heç bir real iş görməyəcək, vaxt uzadacaqlar.

Odur ki, döyüş libasınızı çıxarmağa tələsməyin”.

Oxşar xəbərlər
OTACI