Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Bavariya"nın növbəti 2 ev oyununa azarkeş buraxılmayacaq

10 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Bavariya” növbəti iki ev matçını boş tribunalar önündə oynayacaq.

Press.az xəbər verir ki, Münhen təmsilçisinin rəhbərliyi ev qarşılaşmaları keçirilən stadionun ən az oktyabrın 25-nə qədər azarkeşlər üçün qapalı olacağına qərar verib.

Bundesliqa təmsilçisi oktyabrın 21-də Çempionlar Liqasının qrup mərhələsində “Atletiko”nu,  oktyabrın 24-də isə Bundesliqanın 5-ci turunda “Ayntraxt”ı qəbul edəcək. Verilən qərara əsasən, hər iki görüşdə azarkeşlər iştirak etməyəcək.

Qeyd edək ki, UEFA klub rəhbərliyinin şərait yaradacağı halda matlara stadionun tutumunun 30 faizi qismində azarkeş buraxılmasına icazə verib.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI