Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycan Prezidenti təzyiqlərə sinə gərməkdədir

10 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün ATƏT-in Minsk qrupunun üzərinə düşən vəzifə ondan ibarətdir ki, dərhal məqsədyönlü danışıqlar bərpa edilməlidir.

Press.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Ermənistan qoşunları işğal olunmuş ərazilərimizdən çıxarılmayınca Cənubi Qafqazda sülhün bərqərar olması qeyri-mümkündür:

“Xalqımız bilməlidir ki, bu istiqamətdə ölkə başçısının tapşırığı ilə işlər davam etdirilir. Bəli, ölkəmizə qarşı təzyiqlər də var. Azərbaycan Prezidenti həmin təzyiqlərə sinə gərməkdədir. Biz bu təzyiqləri çox görmüşük. Amma Azərbaycanın işi haqq işidir".

Oxşar xəbərlər
OTACI