Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycan - Kipr: Hakim təyinatları

10 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

UEFA Millətlər Liqasının 4-cü turunda keçiriləcək Azərbaycan - Kipr matçın hakim təyinatları açıqlanıb.

Press.az UEFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşmanı Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Fran Yoviçə olacaq. Ona yan xətt hakimləri qismində İvitsa Modriç və Hrvoye Radiç köməklik göstərəcək.

Dördüncü hakim funksiyasını İvan Vuçkoviç yerinə yetirəcək. Hakim-inspektor Çexiyadan Karel Vidlak, UEFA nümayəndəsi isə Sloveniyadan Devid Makdauell Zor olacaq.

Qeyd edək ki, oktyabrın 13-da Albaniyadakı "Elbasan Arena"da keçiriləcək oyun Bakı vaxtı ilə 20:00-da başlanacaq.

Xatırladaq ki, Azərbaycan yığması bu gün Monteneqronun, Kipr isə Lüksemburqun qonağı olacaq.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI