Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakı və İrəvan arasında atəşkəs... – ABŞ diplomatı

10 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistan və Azərbaycan arasında atəşkəs razılaşması Qarabağda uzunmüddətli atəşkəs üçün ilk addım olacaq.

Press.az xəbər verir ki, bunu ABŞ-ın Avrasiya konfliktlərinin həlli üzrə keçmiş xüsusi nümayəndəsi Keri Kavano deyib.

“Növbəti addım hazırda olanı necə saxlamaq barədə geniş diskussiya olacaq. Bu, razılaşma yolunda ilk addımdır, amma növbəti razılaşmalar konfliktin həlli və davamlı atəşkəs üçün olacaq”, – deyə o bildirib.

Kavano gələn həftə Moskvada daha canlı danışıqların başlayacağına ümid etdiyini bildirib. Bununla belə o, zamanla danışıqların təkcə atəşkəsə yox, həm də konfliktin həllinə yönəldiləcəyinə ümid etdiyini söyləyib:

“Bu, tez baş verməyəcək. İntensiv döyüş fəaliyyətlərindən sonra kompromis həll yaratmaq çox çətindir”.

Oxşar xəbərlər
OTACI