Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Avropa Liqasında uğur qazanmaq istəyirik" - "Sivasspor"un hücumçusu

10 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Sivasspor"un futbolçusu Aruna Kone Avropa Liqasının qrup mərhələsindəki rəqibləri - "Vilyarreal", "Qarabağ" və "Makkabi" haqda danışıb.

Press.az "Ajansspor"a istinadən xəbər verir ki, 36 yaşlı hücumçu bütün rəqiblərin rəqabət aparacaq komandalar olduğunu deyib: "Bizim üçün çətin qrup olacaq. Növbəti mərhələyə vəsiqə qazanacağımıza inanıram Çox yaxşı hazırlaşırıq.  Son həftəyə qədər bütün komandalar qabaqlamaq üçün əlimizdən gələni edəcəyik. "Vilyarreal" qrupda favoritdir. Hər matç üçün böyük istəklə meydanda olacağıq. Komandamız ilk dəfə Avropa Liqasında mübarizə aparır. Bu səbəbdən çox həyəcanlıyıq və uğur qazanmaq istəyirik. Rəqibin kim olacağı fərq etmir, maksimum xallar toplamağa çalışacağıq".

Qeyd edək ki, "Qarabağ"ın "Sivasspor"la ilk oyununu noyabrın 5-də səfərdə, cavab matçını isə noyabrın 26-da Bakıda keçirəcək.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI