Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Prezident: Sülhməramlılardan danışmaq hələ tezdir

10 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sülhməramlılar ATƏT-in Minsk qrupu tərəfindən münaqişənin həlli üçün işlənib hazırlanmış əsas prinsiplərdə təmin edilən ünsürlərdən biridir və sülhməramlılarla bağlı bənd var. Lakin biz bu bəndə çatmamışıq ki, onu lazımi şəkildə müzakirə edək, çünki tezdir.

Press.az xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri “Skay Nyus" telekanalına müsahibəsində aparıcının siz bu ərazidə sülhməramlıları qəbul etməyə hazırsınızmı sualına cavabında səsləndirib.

“Biz ilk olaraq əsas məsələni - işğalı, ərazilərin boşaldılmasını həll etməliyik və azərbaycanlılar oraya qayıdandan sonra əlbəttə ki, sülhməramlılar gəlməlidirlər. Bu, razılaşma çərçivəsindədir. Əgər bu, hər iki tərəfdən imzalansa, onda hər iki tərəf bu sülhməramlıların kim olacağını seçəcək. Beləliklə, biz buna qarşı deyilik. Lakin biz faktiki olaraq bu bəndlə bağlı danışıqların aktiv fazasında deyilik”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Oxşar xəbərlər
OTACI