Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rusiya XİN rəhbəri: “Bakı və İrəvan substantiv danışıqlara başladı”

10 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakı və İrəvan Qarabağla bağlı substantiv danışıqlara başlayıb. 

Press.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu sözləri Rusiya XİN rəhbəri Sergey Lavrov deyib. 

“Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar”, - Lavrov əlavə edib.

O qeyd edib ki, Ermənistan və Azərbaycan Qarabağla bağlı danışıqlar prosesi formatının dəyişməzliyini təsdiqləyiblər.

Oxşar xəbərlər
OTACI