Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ukrayna Ermənistandan gələnlərə qarşı karantin tələblərini sərtləşdirdi

10 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistandan Ukraynaya gedən sərnişinlərdə COVID-19-un aşkarlanması halları kəskin şəkildə artıb.

Bu barədə Ermənistan mətbuatına xəbər verir.

Məlumata görə, bu, iki ölkə arasında bir sıra problemlərə səbəb olub. Belə ki, Ukrayna Ermənistandan səfər edənlərə qarşı karantin tələblərini sərtləşdirib.

Qeyd edilir ki, Ermənistanda COVID-19-a yoluxanların sayının kəskin artması səbəbindən bu ölkənin adı yenidən Ukrayna Səhiyyə Nazirliyinin "qırmızı zona" siyahısına salınıb.

Ermənistandan Ukraynaya gedən bütün sərnişinlər COVID-19 sığortasına malik olmalıdır. Eyni zamanda onlar Ukraynada 14 günlük məcburi təcridetmə və ya koronavirus testindən keçməli olacaqlar. Əgər koronavirus testindən keçənlərdə virus aşkarlanmasa, onda onlar avtomatik olaraq təcridetmə rejimindən çıxarılacaq.

Report

Oxşar xəbərlər
OTACI