Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Badamdarda oğurlanan avtomobil Şəmkirdə tapıldı

09 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Səbail RPİ-nin 41-ci Polis Bölməsinə oktyabrın 7-nə keçən gecə Badamdar qəsəbəsi ərazisindəki avtoyuma məntəqələrinin birindən qəsəbə sakini H.Həsənova məxsus “Toyota” markalı avtomobilin qaçırılması barədə müraciət daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Ağstafa rayon sakini E.Əliyev oktyabrın 8-də Şəmkir rayonu ərazisində avtomobillə birgə saxlanılıb.

Oxşar xəbərlər
OTACI