Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Erməni hərbçidən ETİRAF: - Minlərlə ölümüz var

09 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Xankəndidə vəziyyət 5 oktyabr gecə saatlarından etibarən ağırlaşdı. Azərbaycan ordusu şiddətli döyüşlərdən sonra əhəmiyyətli dərəcədə irəliləyib".

Press.az xəbər verir ki, bu sözləri "znak.com" portalının müxbirinə işğal altında olan Xankəndidəki erməni hərbçilərindən biri söyləyib.

O etiraf edib ki, Azərbaycan ordusu artilleriya zərbələrindən sonra bir gecədə Dağlıq Qarabağın dərinliyinə doğru xeyli irəliləyib:

"Raketlər şəhəri vurursa, bu, o, deməkdir ki, onlar zərbə vurduğu yerdən çox uzaqdadır. Əgər qarşı tərəf topla vurmağa başlayırsa, cəbhənin yaxınlaşdığı anlamına gəlir".

Ön cəbhədən Xankəndinə qayıdan Alik adlı digər hərbçi isə Ermənistan ordusunun minlərlə hərbçisini itirdiyini deyib və şiddətli döyüşlərin getdiyini bildirib.

Oxşar xəbərlər
OTACI