Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Avropada ev qiymətlərinin bahalaşdığı və ucuzlaşdığı ölkələrin adları açıqlanıb

09 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

2019-cu illə müqayisədə cari il Avropa İttifaqında ev qiymətlərində ən çox artım müşahidə olunan ölkələr Lüksemburq (+13,3%), Polşa (+10,9%) və Slovakiya (+9,7%) olub.

Bu barədə Avropa İttifaqı Statistika Bürosu (EUROSTAT) məlumat yayıb.

Avropada ev qiymətlərinin ucuzlaşdığı ölkələr siyahısına isə Macarıstan (-5,6%) və Kipr (-2,9%) başçılıq edir.

Bu ilin ikinci rübünün nəticələrinə görə, Avropa ölkələrində mənzil qiymətləri əvvəlki rüblə müqayisədə orta hesabla 5% artıb.

Bundan əlavə, Avropada mənzil sahibi olanlar koronavirus pandemiyası səbəbindən tələbat azaldığı üçün daşınmaz əmlaklarını böyük endirimlərlə satırlar.

Oxşar xəbərlər
OTACI