Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ermənilər Cəbrayılda tarixi abidələri dağıdaraq, həmin yerlərdə təsərrüfatla məşğul olublar - FOTO

08 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistanın hərbi təcavüzü nəticəsində Cəbrayıl şəhərində Azərbaycan xalqına məxsus tarixi və mədəni abidələr dağıdılıb.

Düşmənin həmin ərazilərdə qeyri-qanuni iqtisadi və kənd təsərrüfatı fəaliyyəti həyata keçirdiyi “Azersky” peyki vasitəsilə əldə olunmuş təsvirlərdən məlum olub.

Bununla bağlı məlumatı “Azərkosmos” ASC yayıb.

Məlumatda Ermənistanın beynəlxalq hüquqa zidd olan bu kimi fəaliyyətini Azərbaycanın digər işğal altında olan torpaqlarında davam etdirdiyi bildirilir.

“Azersky” peyki vasitəsilə bu fəaliyyətlər gündəlik olaraq izlənilir. Monitorinqlər nəticəsində əldə olunan məlumatlar dünya ictimaiyyətinə çatdırılır.

 

Oxşar xəbərlər
OTACI