Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ermənistan XİN Qarabağ həqiqətlərini yazan jurnalistin akkreditasiyasını ləğv edib

08 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistan XİN işğal altındakı Dağlıq Qarabağ bölgəsinə jurnalist fəaliyyəti ilə məşğul olmaq üçün ezam olunmuş "Novaya Qazeta"nın əməkdaşı İlya Azara verdiyi akkreditasiyanı ləğv edib.

Press.az xəbər verir ki, bu barədə jurnalist öz "Facebook" səhifəsində paylaşım edib:

"Ermənistan XİN mənim akkreditasiyamı ləğv etdi, akkreditasiya kartımı əlimdən aldı və burada jurnalist fəaliyyətimi yasaqladı. Qeyri-rəsmi və əsas səbəb dünənki yazımdır. XİN rəsmisinə görə, yazım mənfi ictimai rezonans doğurub. Hesab edirəm ki, reportaj oxucunu hadisə yerinin atmosferinə salmalı, jurnalist oxucunun gözü və qulağı olmalıdır. Yazıda saxta faktlar yoxdur".

Xatırladaq ki, ötən gün Rusiyanın "Novaya Qazeta" qəzetinin əməkdaşı İlya Azar Qarabağda döyüşən əslən erməni olan Fransa vətəndaşından müsahibə almışdı.

Oxşar xəbərlər
OTACI