Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

49 dövlət əmlakı hərraca çıxarılacaq

07 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 3 noyabr 2020-ci il tarixində növbəti hərrac keçirəcək.

Nazirlikdən verilən məlumata əsasən, hərraca 49 dövlət əmlakı çıxarılacaq. Bunlardan 24-ü kiçik dövlət müəssisəsi və obyekti, ikisi yarımçıq tikili, 23-ü isə səhmdar cəmiyyətdir. 

Belə ki, kiçik dövlət müəssisəsi və obyektlərinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Artıq həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb.
Hərraca çıxarılacaq dövlət əmlakları respublikanın müxtəlif bölgələrində yerləşən ticarət, xidmət obyektləri və istehsal müəssisələridir.

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil edilən hərraclarda hər kəsin sərbəst iştirakı təmin edilir. İştirak etmək istəyən şəxslərə seçdikləri dövlət əmlakı üzrə elektron sifariş etməklə yanaşı, hərraclara onlayn qoşulmaq imkanı da yaradılıb. 

Prosesə maraqlı olan şəxslər hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də elektron resurslardan istifadə etməklə hərracları qeydiyyatsız formada izləyə də bilərlər.

Keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər xidmətin rəsmi saytına (emlak.gov.az) və ya özəlləşdirmə portalına (privatization.az) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər.

Hərrac günü hər kəs Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək onlayn özəlləşdirməyə qoşula bilər.

Oxşar xəbərlər
OTACI