Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda komendant postunda saxlanılan avtomobillərdə odlu silahlar aşkarlandı

06 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Oktyabrın 4-də saat 21 radələrində Naftalan şəhər sakini Ə.Ruzicənginin idarə etdiyi “Mercedes” markalı avtomobil Abşeron rayonu ərazisində qurulmuş komendant postunda saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı oradan tir tüfəngi və optik binokl aşkar edilərək götürülüb. 

Sürücü araşdırma aparılması üçün avtomobillə birgə Abşeron Rayon Polis İdarəsinə təhvil verilib.

Həmçinin, eyni tarixdə Bakı şəhər sakini E.Mirzəyevin idarə etdiyi “Mercedes” markalı avtomobil Abşeron rayonu ərazisində qurulmuş komendant postunda saxlanılıb.

Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı oradan “Ata-arms” markalı tüfəng aşkar edilərək götürülüb.

Sürücü araşdırma aparılması üçün avtomobillə birgə Abşeron Rayon Polis İdarəsinə təhvil verilib.

Oxşar xəbərlər
OTACI