Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarından Silahlı Qüvvələrə ianə

06 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Ordusunun sentyabrın 27-dən həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları bütün ölkədə böyük ruh yüksəkliyi ilə qarşılanır.

Press.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasında bildirilir. 

Məlumatda həmçininin deyilir ki, Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatlarını böyük sevinclə qarşılayan vətəndaşlar, dövlət və özəl qurumlar Silahlı Qüvvələrimizə maddi və mənəvi baxımdan dəstək olmağa çalışırlar.

"Kənd Təsərrüfatı Nazirliyi ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək üçün Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüb.

Orduya dəstəyi mənəvi borc hesab edən Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsinə dəstək məqsədilə aylıq vəzifə maaşlarından ianə ediblər.

Silahlı Qüvvələrə Yardım Fondu ölkə prezidentinin 17 avqust 2002-ci il tarixli fərmanı ilə Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları Respublikamızın ərazi bütövlüyü uğrunda vuruşan hər bir əsgərlə qürur duyduğunu bildirir.

Sizinləyik, Azərbaycan əsgəri! Biz zəfər çalacağıq! Qarabağ Azərbaycandır!", - deyə nazirlik bəyan edib. 

Oxşar xəbərlər
OTACI