Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

300 terrorçu Qarabağa bu cür gəldi — TƏFƏRRÜAT

02 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

PKK terror təşkilatının Suriya qolu olan YPG-də erməni əslli yaraqlıların təşkil etdiyi “tabor” Qəndildəki terrorçularla bir araya gəlib.

Press.az Axar.az-a istinadən xəbər verir ki, sivil geyimdə Göyçə gölü ətrafındakı Basarkeçər hərbi düşərgəsinə gələn 300 terrorçu burada erməni ordusuna məxsus hərbi formalar geyinərək ağır silah ilə təchiz edildikdən sonra Azərbaycan Ordusuna qarşı döyüşmək üçün cəbhəyə göndəriliblər.

Qəndil ilə Ermənistan arasında koordinasiyanı PKK/KJK cütlüyünün ən yüksək səlahiyyətli şəxsi olan “Sözlər Avesta” kod adlı Nuriyə Kesbir təmin edir.

Türk kəşfiyyat bölmələrinin əldə etdiyi ilkin məlumatlarına görə, YPG sıralarında 2017-ci ildə öldürülən TKP/ML, TİKKO terror təşkilatının Yaxın Şərq komandiri olaraq tanınan erməni əslli “Nübar Ozanyan” kod adlı Orxan Bakırçıyanın adının verildiyi taborda yer alan terrorçular Suriyanın Qamışlı bölgəsindən İraqın şimalına keçib.

Burada PKK-nın Qəndil kadr üzvləri ilə görüşən terrorçular Ermənistanın Basarkeçər hərbi düşərgəsinə gəlib.

Oxşar xəbərlər
OTACI