Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Gürcüstandan Ermənistana humanitar yardım aparılması barədə məlumat həqiqətə uyğun deyil

01 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Gürcüstanın dövlət qurumları Ermənistan KİV-in respublikadan işğal altındakı Dağlıq Qarabağa humanitar yardımın göndərilməsi barədə xəbərlərini təkzib ediblər.

Erməni mətbuatı yazır ki, Gürcüstanın ermənilərin yaşadığı bölgə olan Samtsxe-Cavaxetidən Ermənistana və daha sonra işğal altındakı Dağlıq Qarabağa göndərilən humanitar yardımın ilk partiyası guya təyinat yerinə çatdırılıb.

Bildirilir ki, guya 28 sentyabrda Gürcüstan-Ermənistan sərhədinə 35 min dollar məbləğində, o cümlədən 100 ton ərzaq məhsulu, habelə 50 ton un, 30 ton kartofun daxil olmaqla əlavə yardım çatdırılıb.

Əslində bu məlumat qətiyyən doğru deyil. Gürcüstanın müvafiq dövlət orqanlarındakı mənbələr  Oxu.Az-a bildiriblər ki, ərzaq və digər qondarma yardımlar göstəriləndən qat-qat az həcmdə daşınıb. Yardımı aparanlar bunu fərdi qaydada ediblər və Ermənistan ərazisinə çatdıqdan sonra köməyin hara gedəcəyini dəqiq göstərməyiblər. Həcm baxımından yardımın daşınması mərkəzləşdirilmiş adlandırıla bilməz .

Oxşar xəbərlər
OTACI