Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

MN rəsmisi: “Döyüş bayrağını qoyub qaçan düşmənin iki yolu var…”

01 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Ordumuzun əks hücum əməliyyatı cəbhənin bütün istiqamətində davam edir".

Press.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, düşmənin canlı və hərbi texnika qüvvəsindən xeyli itkisi var.

"Dünən xəbər verildiyi kimi, döyüşlər zamanı Ermənistan ordusunun darmadağın edilən 6-cı dağatıcı alayına köməyə gələn 193-cü əlahiddə həmlə taborunun döyüş bayrağı və sənədləri ələ keçirilib. Əsgəri şərəf, şücaət və şöhrət rəmzi olan döyüş bayrağını döyüş meydanında atıb qaçan düşmən bir daha öz acizliyini nümayiş etdirdi. Döyüş bayrağını qoruya bilməyən ordunun iki yolu var: ya ərazimizi tərk etməli, ya da onlar yerində məhv olacaqlar", - o, əlavə edib.

Oxşar xəbərlər
OTACI