Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Dərslərin bir qismini 2-ci və ya 3-cü növbəyə salmaq tövsiyə edilir

01 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sinifdə şagird sıxlığı uşaqların bütöv siniflə dərs keçməsinə imkan verdiyi halda belə, şagird və müəllim hərəkətliliyini azaltmaq məqsədilə onların həftədə 5 dəfə ənənəvi qaydada dərsə gəlmələri nəzərdə tutulmur.

Təhsil Nazirliyindən Press.az-a verilən məlumata görə, epidemioloji vəziyyət yaxşılaşdıqca şagirdlərin məktəbə daha çox gəlməsi təmin ediləcək.

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda şənbə günləri dərs keçirilə biləcəyinə gəldikdə, nazirlikdən bildirilib ki, xüsusi karanti rejimi tətbiq edilən regionlarda ictimai nəqliyyatın şənbə günü işləməməsini nəzərə alaraq, dərslərin bir qismini həftəiçi 2-ci və ya 3-cü növbəyə salmaq tövsiyə edilir. Bu rejimi V – IX sinif şagirdlərinə tətbiq etmək məqsədəuyğundur.

Oxşar xəbərlər
OTACI