Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Moskvanın mərkəzində Elman Paşayevə hücum edildi

01 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Naməlum şəxslər Elman Paşayevə müsahibə üçün gəldiyi Zubovski bulvarındakı “360” telekanalının binasının girişində hücum edərək üzərinə nəcis töküblər.

RİA Novosti, bu barədə xəbər verir.

“Bu gün səhər 10:45-də televiziya jurnalisti ilə birlikdə binanın girişində gözləyərkən naməlum şəxslər mənə qışqırdı və dünənki ifadəm barədə sorğu-sual etdi. Hücum edənlərdən biri qaçmağa çalışarkən sənədlərini atıb”, - deyə keçmiş hüquq müdafiəçisi bildirib.

Bir gün əvvəl vəkil bu yaxınlarda kuryer Sergey Zaxarovun öldüyü qəzaya görə səkkiz il həbs cəzası verilən Mixail Yefremova qarşı işin “sifarişçisi” barədə danışacağına söz verib.

E.Paşayev ona hücum edənlərdən birinin gizlənməyə çalışarkən sənədləri yerə atdığını bildirib. O, təcavüzkarın onunla əlaqə saxlamasını və hücumu kimin təşkil etdiyini söyləməsini tövsiyə edib.

“Onun harada yaşadığını öyrənməliyəm. Mən qanun çərçivəsində hərəkət edəcəyəm”, - deyən E.Paşayev rayon polis şöbəsinə müraciət edəcəyini bildirib.

Oxşar xəbərlər
OTACI