Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanın döyüş təyyarəsi və helikopterləri bugünkü döyüşlərdə tətbiq olunmayıb - RƏSMİ

01 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistan tərəfinin guya bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus 3 təyyarə, 2 helikopter və 6 PUA-nın vurulması ilə bağlı məlumatı dezinformasiyadır.

Press.az-ın xəbərinə görə, bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

O bildirib ki, bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus heç bir aviasiya vasitəsi ümumiyyətlə havaya qalxmayıb:

"HHQ-nin bütün döyüş aviasiya vasitələri tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir. Görünən odur ki, Ermənistan müdafiə nazirliyinin rəsmiləri Azərbaycanın itkiləri barədə yalan məlumatlar yaymaqla təsəlli tapırlar".

Oxşar xəbərlər
OTACI