Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Erməni əsilli suriyalı döyüşçülərin Azərbaycana qarşı döyüşmək üçün Ermənistana aparılması təsdiqləndi

01 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Erməni əsilli suriyalı döyüşçülər Suriyadan Ermənistana aparılıb.

Press.az APA-ya istinadən xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Monitorinq mərkəzi (Syrian Observatory Human Rights - SOHR) bildirib.

"Etibarlı mənbələr SOHR-ə bildiriblər ki, erməni əsilli suriyalı döyüşçülər Azərbaycana qarşı döyüşlərdə istifadə üçün Ermənistana aparılıb", - deyə təşkilatın məlumatında qeyd edilir.

Mərkəz bəzi media mənbələrində 4000 suriyalı döyüşçünün Azərbaycana gətirilməsi ilə bağlı xəbərlərə də münasibət bildirib.

"Çox etibarlı SOHR mənbələri Suriyadan 4000-ə yaxın döyüşçünün Azərbaycana gətirilməsi ilə bağlı KİV-də yayılan xəbərlərin tamamilə yalan olduğunu təsdiqləyir", - deyə Suriya İnsan Haqları Monitorinq mərkəzi təşkilatı vurğulayıb.

Oxşar xəbərlər
OTACI