Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

XİN-in İşlər idarəsinin sabiq müdiri ev dustaqlığına buraxılmayıb

01 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən, XİN-in İşlər idarəsinin sabiq müdiri, Nazirliyin Tender Komissiyasının sabiq sədri Fərhad Mollazadənin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatətinə baxılıb.

Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, F.Mollazadənin vəsatəti təmin edilməyib.

Qeyd edək ki, F.Mollazadə Dövlət Təhlükəsizliyi Xidmətinin Xarici İşlər Nazirliyində keçirdiyi əməliyyat zamanı saxlanılıb.

F.Mollazadə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət almaqda təqsirli bilinib.

Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib.

APA

Oxşar xəbərlər
OTACI