Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Arif Babayevin oğlu: “Atamın vəziyyəti yaxşıdır”

01 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan xanəndəsi, professor, Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayevin vəziyyəti yaxşıdır.

Press.az xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlamasında Xalq artistinin oğlu Yaşar Babayev məlumat verib. Onun sözlərinə görə, həkimlərin səyi nəticəsində atasının vəziyyəti hər gün daha da yaxşılaşır:

“Hazırda xəstəxanada müalicəsi davam edir. Şükür olsun ki, vəziyyəti yaxşıdır. Həkimlər mövcud vəziyyətin stabil olduğunu qeyd edir. Hətta deyərdim ki, atam 30 ildir torpaqlarımızla bağlı xoş xəbərlərin həsrətində idi. Bəlkə də bu xoş xəbərlər də onun vəziyyətinin yaxşılaşmasına təsir göstərib. Atamın vəziyyətinə görə, narahat olan, maraqlanan hər kəsə təşəkkür edirik”.

Qeyd edək ki, sənətkar bir neçə gün öncə insult keçirib və təcili tibbi yardımla şəhər xəstəxanalarının birinə yerləşdirilib. 

Oxşar xəbərlər
OTACI