Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Deputat: “Kim neçə uşağa baxa bilirsə, o qədər uşaq dünyaya gətirməlidir”

01 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Seçkiqabağı keçirdiyim görüşlərin heç birində Qəbələdən olan seçicilərim məşğulluqla bağlı məsələ qaldırmadı. Onların hamısı uşaqpulu istəyirdi. Bu nə məntiqdir? Bir adam mənə demədi ki, iş ver. Hamısı deyirdi, mənə uşaqpulu ver”.

Bunu Milli Məclisin Elm və Təhsil Komitəsinin bu gün keçirilən iclasında deputat Aqiyə Naxçıvanlı deyib.

O bildirib ki, hər şeyi dövlətin üzərinə atmaq olmaz:

“Necə yəni, sən sağlam şəkildə uşaq dünyaya gətirəcəksən, amma onun üçün dövlətdən pul istəyəcəksən?! Ailə planlaşdırması olmalıdır. Kim neçə uşağa baxa bilirsə, o qədər uşaq da dünyaya gətirməlidir”.

APA

Oxşar xəbərlər
OTACI