Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Erməni qüvvələri Ağdərə və Tərtər istiqamətində mühasirəyə alınıb

30 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistanın birinci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyasının Conaşendə yerləşən 7-ci dağadıcı alayının ikinci taborunun şəxsi heyyəti ağır itkilərə məruz qalaraq öz mövqelərini özbaşına tərk edərək qaçıb və həmin diviziyanın Ağdərə yaşayış məntəqəsində yerləşən 5-ci dağatıcı alayının qərargahına zərbərlər endirilib.

Press.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik-leytenant Anar Eyvazov bu gün keçirilən brifinqdə məlumat verib.

Hazırda cəbhənin Ağdərə, Tərtər istiqamətində mühasirəyə alınan erməni qüvvələrinin artilleriya vasitələri ilə məhv edilməsi və ərazinin təmizlənməsi əməliyyatı davam etdirilir.

Canlı qüvvə və döyüş texnikası baxımından ağır itkilər verən düşmən ölü və yaralıların evakuasiyasını təşkil etməkdə aciz qalıb.

Oxşar xəbərlər
OTACI