Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şamaxıda təcili tibbi yardım maşını qəzaya düşdü: Tibb işçiləri yaralandı

30 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Şamaxı rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Şamaxı-Göylər yolunda qeydə alınıb.

Şamaxı rayon təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının sürücüsü Rauf Mirzəyev idarə etdiyi “Fiat” markalı ambulans avtomobili ilə hərəkətdə olarkən qəflətən yola çıxan camış naxırına çırpılıb.

Nəticədə, sürücü və avtomobildəki tibb işçiləri - Kamran Hüseynov və Nazim Babayev müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

APA

Oxşar xəbərlər
OTACI