Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

ICESCO Dağlıq Qarabağla bağlı bəyanat yaydı

30 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) Ermənistan və Azərbaycan arasındakı son hadisələrdən, eləcə də arxeoloji, tarixi məkanların, bir neçə məscidin və müqəddəs yerlərin dağıdılmasına hədəflənən addımlardan narahatlığını bildirir. Təşkilat bununla bağlı bəyanat yayıb.

"ICESCO tərəfləri maksimum təmkin göstərməyə, İslam Əməkdaşlıq Təşkilatı da daxil olmaqla beynəlxalq təşkilatların qətnamələrinə əməl etməyə çağırır.

Ermənistana BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini xatırladan ICESCO tərəfləri beynəlxalq hüququn prinsiplərinə riayət etməyə, tarixi və mədəni hüquqlara hörmət etməyə çağırır", - bəyanatda deyilir.

 

Oxşar xəbərlər
OTACI