Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Prezidentin köməkçisi dünyanın aparıcı KİV nümayəndələrini Azərbaycana dəvət etdi

29 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə Respublikasında akkreditə olunmuş dünyanın aparıcı xarici KİV nümayəndələrinə (“Wall Street Journal”, “Reuters”, “Voice of America”, “New York Times”, “CNN International”, “Politico”, “Deutsche Well”, “El Pais”, “El Periodico”, ORF, “Bloomberg” və “Journo”) videoformatda mətbuat brifinqi verib.

Ermənistan silahlı qüvvələrinin son təxribatları barədə məlumat verən Hikmət Hacıyev cəbhəboyu zonada yerləşən mövqelərimizin və yaşayış məntəqələrimizin qəsdən intensiv surətdə atəşə tutulduğunu bildirib.

Mülki əhali arasında həlak olan və yaralananların olduğunu təəssüflə bildirən Prezidentin köməkçisi indiyədək ikisi azyaşlı olmaqla, 10 nəfərin həlak olduğunu və 30 nəfərin yaralandığını qeyd edib.

Habelə Hikmət Hacıyev ordumuzun əsas məqsədinin Ermənistanın növbəti hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi, ələlxüsus ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün təmin edilməsi olduğunu bildirib.

Daha sonra Prezidentin köməkçisi jurnalistlərin suallarını cavablandırıb və onları Azərbaycana dəvət edib.

Oxşar xəbərlər
OTACI