Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

BMT-də Dağlıq Qarabağdakı vəziyyətlə bağlı təcili iclas keçiriləcək

28 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

BMT-nin Təhlükəsizlik Şurası sentyabrın 29-da qapalı məsləhətləşmələr formatında Dağlıq Qarabağdakı vəziyyətlə bağlı təcili müzakirə keçirməyə hazırlaşır.

TASS agentliyi bu barədə BMT-də olan mənbəyə istinadən məlumat yayıb.

“Çox güman ki, müzakirələr çərşənbə axşamı (29 sentyabr) qapalı formatda baş tutacaq”, - deyə mənbədən bildirilib.

Müzakirənin keçirilməsinə dair bir sıra Avropa ölkələri təşəbbüslə çıxış edib.

Məsləhətləşmələrin formatına əsasən, Təhlükəsizlik Şurasının 15 ölkəsindən olan diplomatlar münaqişə tərəflərinin nümayəndələrinin iştirakı olmadan müzakirələr aparacaq. 

Oxşar xəbərlər
OTACI