logo
First slide

Mədəniyyət xadimləri və yaradıcı şəxslər xalqa müraciət ünvanlayıb

28 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Məlum olduğu kimi, sentyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən yenidən genişmiqyaslı təxribatın törədilməsi və Azərbaycan Ordusunun düşmənə layiqli cavab verməsi ilə bağlı mədəniyyət xadimləri və yaradıcı şəxslər tərəfindən xalqımıza müraciət ünvanlanıb.

Mədəniyyət Nazirliyindən Press.az-a verilən məlumata görə, müraciətdə beynəlxalq hüquq normalarını kobud surətdə pozan Ermənistanın növbəti silahlı təxribatın Azərbaycan ictimaiyyəti, mədəniyyət xadimləri və yaradıcı şəxslər tərəfindən hiddətlə qarşılandığı, BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri, BMT Baş Assambleyasın 2006 və 2008-ci illərdə qəbul olunmuş “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların müvafiq sənədləri ilə təsdiq olunan Ermənistanın işğalçılığı və təcavüzkarlığı pislənilib.

Sentyabrın 28-də bir qrup memar və incəsənət xadimi də eyni məzmunda müraciətlə çıxış edib. Müraciətdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında xalqımızın qədim memarlıq abidələrini, mədəniyyətimizin ən yüksək nümunələrinin saxtalaşdırıldığı və məhv edildiyinin bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırılmasının vacibliyi ifadə edilərək, belə bir həssas zamanda mənfur düşmənin dövlətimizə qarşı aktiv və təxribatçı informasiya müharibəsi apardığı diqqətə çatdırılır. Qeyd olunur ki, ermənilər və ermənipərəst qüvvələr internet mediada, sosial şəbəkələrdə, bloqlarda, forumlarda Azərbaycana qarşı dezinformasiyaları dövriyyəyə buraxaraq, əsassız, həqiqətə uyğun olmayan məlumatlarla beynəlxalq ictimai rəydə ölkəmizlə bağlı mənfi rəy formalaşdırmağa çalışırlar.

Müraciətdə daha sonra deyilir:

- Biz Azərbaycan mədəniyyətinin təmsilçiləri hazırda cəbhə bölgəsində, xalqımızın əzəli torpaqlarında Ermənistan tərəfinin təxribatlarının davam etdiyi bu çətin günlərdə Azərbaycan xalqını milli və dövlət maraqlarının qorunmasında həmrəylik nümayiş etdirməyə, rəsmi olmayan, dəqiqləşdirilməmiş məlumatlara inanmamağa, Ali Baş Komandanımızın, rəşadətli Ordumuzun ətrafında sıx birləşməyə çağırırıq.

Azərbaycan xalqı öz çoxminillik tarixində bütün müharibə və döyüşlərdə böyük şücaət nümayiş etdirmiş, ən çətin mərhələlərdə ona qarşı həyata keçirilən təcavüzkar fəaliyyətlərin qarşısını qəhrəmanlıqla almışdır.

Tarixi ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir.

Tanrı Azərbaycanı və Azərbaycan əsgərini qorusun, xalqımıza və Vətənimizə sülh və əmin-amanlıq bəxş etsin!

Biz birlikdə güclüyük! Zəfər bizimlədir!

Elbay Qasımzadə – Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri, professor, Əməkdar memar

Rasim Əliyev – Əməkdar memar

Gülçöhrə Məmmədova – memarlıq doktoru, professor, Əməkdar memar

Rizvan Bayramov – memarlıq üzrə fəlsəfə doktoru

Rasim Babakişiyev – Əməkdar memar

Nəriman İmaməliyev – Əməkdar memar

Nazim Vəliyev – Əməkdar memar

Kamal Musaxanov – Əməkdar memar

Famil Ağayev – Əməkdar memar

Faik Yuzbaşev – Əməkdar memar

Afiz Əmirxanov – Əməkdar memar

Əlibəy Novruzi – Əməkdar memar

Ramiz Əbdülrəhimov – Əməkdar ali məktəb işçisi, memarlıq üzrə fəlsəfə doktoru, professor

Zahidə Məmmədova – Əməkdar memar, memarlıq üzrə fəlsəfə doktoru

Elkin Ələsgərov – Əməkdar memar, memarlıq üzrə fəlsəfə doktoru, professor

Xəlil Cəfərov – Əməkdar memar, memarlıq üzrə fəlsəfə doktoru

Cəfər Qiyasi – memar, professor, AMEA-nın müxbir üzvü

Ertəkin Salamzadə – memarlıq üzrə fəlsəfə doktoru, professor, AMEA-nın müxbir üzvü

Faiq İsmayılov – “Azərbaycanın İşqal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinin müdafiə təşkilatı” İB-nin sədri

Afaq Məlikova – Xalq artisti, rəqqasə

Təranə Muradova – Xalq artisti, rəqqasə

Rüfət Xəlilzadə – Xalq artisti, rəqqas

Roza Cəlilova – Xalq artisti, rəqqasə

Yusif Qasımov – Xalq artisti, rəqqas

Gülbacı İmanova – Xalq artisti, xormeyster

Ağaverdi Paşayev – Xalq artisti, dirijor

Firidun Məhərrəmov – Xalq artisti, rejissor

Ayan Mirqasımova – Xalq artisti, aktrisa

Fəxrəddin Dadaşov – Xalq artisti, kamança ifaçısı

Möhlət Müslümov – Xalq artisti, tarzən

Ağacəbrayıl Abbasaliyev – Xalq artisti, kamança ifaçısı

Zamiq Əliyev – Xalq artisti, tarzən

Ağasəlim Abdullayev – Xalq artisti, tarzən

Firuz Əliyev – Xalq artisti, tarzən

Vamiq Məmmədəliyev – Xalq artisti, tarzən

Ceyran Haşımova – Xalq artisti, tar ifaçısı

Eldar Mansurov – Xalq artisti, bəstəkar

Cavanşir Cəfərov – Xalq artisti, dirijor

İlqar Muradov – Xalq artisti, müğənni

Cavan Zeynallı – Xalq artisti, müğənni

Elnarə Kərimova – Xalq artisti, xormeyster

Əlixan Səmədov – Xalq artisti, balaban ifaçısı

Kamil Cəlilov – Xalq artisti, qaboy ifaçısı

Cahangir Novruzov – Xalq artisti, rejissor, aktyor

Sərxan Sərxan (Qurbanbəyov) – Xalq artisti, müğənni

Yalçın Adıgözəlov – Xalq artisti, dirijor

Yeganə Axundova – Xalq artisti, pianoçu

Azər Dadaşov – Xalq artisti, bəstəkar

Ülviyyə Hacıbəyova – Xalq artisti, pianoçu

Natiq Şirinov – Xalq artisti, nağara ifaçısı

Ənvər Sadıqov – Xalq artisti, qarmon ifaçısı

Aftandil İsrafilov – Xalq artisti, qarmon ifaçısı

Mircavad Cəfərov – Xalq artisti, ud ifaçısı

Şəfiqə Eyvazova – Xalq artisti, kamança ifaçısı

Sadıq Zərbəliyev – Xalq artisti, zərb ifaçısı

Munis Şərifov – Xalq artisti, kamança ifaçısı

Vasif Allahverdiyev – Xalq artisti, bəstəkar

Fikrət Verdiyev – Xalq artisti, tarzən

Brilliant Dadaşova – Xalq artisti, müğənni

Mübariz Tağıyev – Xalq artisti, müğənni

Tünzalə Ağayeva – Xalq artisti, müğənni

Şahnaz Həşimova – Xalq artisti, müğənni

Bilal Əliyev – Xalq artisti, müğənni

Gülyaz Məmmədova – Xalq artisti, xanəndə

Gülyanaq Məmmədova – Xalq artisti, xanəndə

Teyyub Aslanov – Xalq artisti, xanəndə

Simarə İmanova – Xalq artisti, xanəndə

Uran Seyidov – Xalq artisti, violin ifaçısı

Şükür Səmədov – Xalq artisti, klarnet ifaçısı

Müzəffər Ağamalızadə – Xalq artisti, fleyta ifaçısı

Şəhla İbrahimova – Xalq artisti, violin ifaçısı

Vitali Astakin – Xalq artisti, trombon ifaçısı

Natiq Quliyev – Əməkdar incəsənət xadimi, rejissor

Telman Hacıyev – Əməkdar incəsənət xadimi, fleyta ifaçısı

Ceyhun Allahverdiyev – Əməkdar incəsənət xadimi, bəstəkar

Aydın Əzimov – Əməkdar incəsənət xadimi, bəstəkar.

Oxşar xəbərlər
OTACI
OTACI