Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qara Qarayev: "Kəndimin işğaldan azad olunmasını sözlə ifadə edə bilmirəm"

27 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Bu həyatımın ən unudulmaz günüdür. Valideynlərimin, nəslimin doğma kəndinə qayıdacağı xəbəri mənim üçün çox önəmli bir hadisədir. Doğma kəndimin düşmənlərdən azad edilməsini sözlərlə ifadə edə bilmirəm".

Press.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın futbolçusu Qara Qarayev Füzulinin Horadiz kəndinin işğaldan azad olunması ilə bağlı danışarkən deyib.

28 yaşlı yarımmüdafiəçi həsrətində olduğu torpaqlara ayaq basacağı günü səbrsizliklə gözlədiyini bildirib: "İnanıram ki, bu son deyil. Tezlikdə Qarabağda, Şuşada Azərbaycan bayrağı dalğalanacaq. Ordumuzla, xalqımızla qürur duyuram. Bu gün birlik, bərabərlik günüdür. Allah sizi qorusun, Azərbaycan əsgəri"!

Qeyd edək ki, Azərbaycan millisinin də üzvü olan Qara Qarayev Horadiz kəndində doğulub. Kənd onun 1 yaşı olarkən - 1993-cü ildə işğal edilib.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI