Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qvardiola tənqid etdi

27 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola futbol yarışlarının təqvimini tənqid edib.

Press.az goal.com-a istinadən xəbər verir ki, o deyib: “Söhbət bir tək “Mançester Siti”dən getmir. Mən bütün klublar və ölkələr barədə danışıram. İndi heç kimi futbolçu düşündürmür. Hamı – Premyer Liqa, UEFA, İngiltərə Futbol Assosiasiyası yalnız öz marağı və biznesi barədə fikirləşir.

Futbolçuların 2 həftə hazırlıq imkanı oldu. İndi onlar 11 ay ərzində həftədə 3 matç keçirməlidir. Əgər sussaq, heç nəyi dəyişə bilməyəcəyik. Mən başa düşürəm ki, koronavirusla bağlı durum bütün sahələr üçün istisnadır. Biz isə istisna deyilik. Hazırda bizim üç futbolçumuz milli komandalarının düşərgəsindən zədəli qayıdıb. Klublar buna nəzarət edə bilmir. Milli komandalar futbolçuları 4 gün ərzində 2 oyuna çıxarıb. Unutmayaq ki, onlar insandır, robot deyil”.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI